"Valensiya" baş məşqçisinə qapını göstərib.
Offsideplus.az "El Chiringuito"ya istinadla xəbər verir ki, klub rəhbəri Peter Lim Xavi Qrasiya ilə əməkdaşlığa son vermək qərarına gəlib. Buna səbəb "Valensiya"nın 16 oyundan sonra autsayderlər sırasında qərarlaşmasıdır.
Qeyd edək ki, vaxtilə "Malaqa", "Osasuna", "Uotford", "Rubin" kimi komandaları çalışdırmış 50 yaşlı mütəxəssis "Valensiya"nın sükanı arxasına mövsümün əvvəlində keçmişdi. Qrasiyanı bu postda Miçelin əvəzləyəcəyi gözlənilir.