İspaniya La Liqasının 17-ci turunun matçında "Barselona" səfərdə "Hueska" üzərində minimal hesablı qalibiyyət əldə  edib - 1:0.

Offsideplus.az xəbər verir ki, bu "Barselona"nın hücumçusu və kapitanı Lionel Messinin İspaniya çempionatında 500-cü matçı olub. Messi bu oyunlarda 451 qol vurub və 198 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Barselona" 16 matçda 28 xal yığaraq İspaniya Primerasının yarış cədvəlində beşinci yerə yüksəlib. "Hueska" 12 xalla siyahıda sonuncu yerdə qərarlaşıb.