"Barselona" zədəli futbolçusu Filip Koutinyonun durumuna aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, La Liqanın 16-cı turu çərçivəsində “Eybar”a (1:1) qarşı keçirilən oyunun 90+2-ci dəqiqəsində zədələnərək meydanı tərk edən braziliyalı 3 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Koutinyonun sol ayağının meniski zədələnib.