İspaniyanın “Betis” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, kapitan Xoakin Sançes eləcə də Andres QuardadoMartin Montoyyanın COVİD-19 testinin pozitiv çıxdığı bildirilib. Hər üç futbolçu karantinə alınıb.
Qeyd edək ki, “Betis” bu gün La Liqanın 17-ci turunda “Sevilya” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:15-də başlayacaq.