"Real" qış fasiləsində transfer etməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Ünlü nəşrin iddiasına görə, baş məşqçi Zinəddin Zidan rəhbərliklə söhbətdə yeni transferlərə ehtiyac duymadığını bildirib. Səbəb kimi qış fasiləsində yaxşı futbolçuları heyətə qatmağın baha başa gəlməsi və indiki durumda buna ehtiyac duymaması ilə əlaqələndirib. Zidan "Real"dakı dəyişikliklərin yayda olacağını diqqətə çatdırıb. Çünki həmin vaxt klubla müqaviləsi olan bir neçə futbolçu azad agent statusuna yiyələnəcək. Belədə onları göndərib, yeniləri gətirmək asanlaşacaq.
Qeyd edək ki, "Real" La Liqada 15 oyundan sonra 32 xal toplayaraq ikinci pillədə yer alıb.