Lionel Messi indiyədək birlikdə çalışdığı baş məşqçilərdən ən yaxşılarının adlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz ən yaxşı baş məşqçi kimi Pep Qvardiola ilə Luis Enrikenin adını çəkib. 35 yaşlı hücumçu Qvardiola barədə bu sözləri deyib:
"Pep sizi hər şeyə fərqli bucaqdan yanaşmağa məcbur edir. Hazırlığı, müdafiə və hücumdakı taktiki göstərişləri o, dəqiqliklə izah edirdi. Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılarıdır. Onlar mənim futbolçu kimi böyüməyimə xeyli kömək etdilər və taktiki planda çox şey öyrətdilər".
Xatırladaq ki, Xosep Qvardiola "Barselona"da 2008 - 2012-ci, Luis Enrike isə 2014 - 2017-ci illərdə baş məşqçi olub.