“Real”ın brazilyalı ulduzu Marselo qış fasiləsində komandadan ayrıla bilər.

Offsideplus.az “El Chiringuito”ya istinadla xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin La Liqanın 11-ci turunda “Alaves”lə matçdan (1:2) sonra komanda yoldaşı Rafael Varanla münaqişə yaşamasıdır. Bununla yanaşı, baş məşqçi Zinəddin Zidan artıq braziliyalı oyunçuya güvənmir.

Qeyd edək ki, Marselo bu mövsüm 6 matça çıxıb və 2 qolun ötürməsini verib.