İspaniyanın 10-14 yaşlı uşaqlar arasında keçirilən liqasında "Malaqa" "Osasuna" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Turan Qasımlı çıxış etdiyi matç zaman 3 qol və 1 ötürmə ilə yadda qalıb. Atası Cəmşid Qasımlı oyundan sonra baş məşqçinin ona yaxınlaşdığını və 10 yaşlı Turanın böyük gələcəyinin olduğuna əminliyini bildirib.

Qeyd edək ki, bir çox klubların transfer etmək istədiyi Turan Qasımlı ilə "Barselona" yaxından maraqlanır. Yay transfer dönəmində gənc həmyerlimizin Katalon klubunun alt yaş qrupuna keçəcəyi bildirilir.

e3cb0ffa 0764 414a 9b48 da3f4e802c4d