Futbol üzrə İspaniya 2-ci liqasında 19-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Mirandes”lə qarşılaşıb və oyundan qələbə ilə ayrılıb - 2:0.
İsrafilov start heyətdə meydana çıxıb ə 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Albasete” 19 oyuna topladığı 14 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.