"Real"ın oyunçusu Takefusa Kubo komandaya qayıtmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, hazırda "Vilyarreal" klubunda icarə əsasında çıxış edən 19 yaşlı yarımmüdafiəçi "Real"a geri dönmək istəmir.
İcarədə bu mövsüm yaxşı formada olmasa da, yaponiyalı futbolçu "Real"da onun üçün çoxlu imkanların olmadığını bilir.
Qeyd edək ki, 2019-cu ildə "Real"a keçən Kubo 2020-ci ildən bəri "Vilyarreal"a icarəyə verilib.