İngiltərə Premyer Liqasının ilk dövrəsində keçirdiyi 20 oyundan 19-da qələbə qazanan və 1 heç-heçə edən "Mançester Siti" "Barselona"nın ulduzuna elçi düşüb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu Samuel Umtitini heyətinə qatmaq istəyir. "The Sun" qəzetinin məlumatına görə, baş məşqçi Pep Qvardiola fransız stoperin qışda alınmasını istəyib.
"Mançester Siti" Samuel Umtitinin müqaviləsindəki 60 milyonluq sərbəst qalma maddəsindən yararlana bilər.
Qeyd edək ki, "Barselona" Samuel Umtitini 2016-cı ildə "Lion"dan 25 milyon avroya alıb.
Fanat.Az