İspaniya 2-ci liqasında 18-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın futbolçusu Eddi İsrafilovun da çıxış etdiyi "Albasete" klubu səfərdə "Kastelyon"un qonağı olub. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

28 yaşlı yarımmüdafiəçi oyunun 64-cü dəqiqəsində meydana çıxıb.

18 oyuna çıxan "Albesete" klubu 22 komanda arasında 11 xalla 2-ci liqanın sonuncusudur.