Ötən gecə "Real"ın "Şaxtyor"a məğlub olmasının ardından (2:0) Zinədin Zidanın klubdan ayrılacağı sözləri yenidən gündəmə düşüb.

Offsideplus.az NTV Spor-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Kral klubu"nu tərk edərsə onun yerinə keçəcək "1" nömrəli ad Maurisio Poçettinodur. Hazırda işsiz olan Poçettinonun da "Real"ı çalışdırmağa həvəsli olduğu bildirilir.

Zidanı gedərsə, onun yerini alacaq ikinci şəxsin "Real Madrid"in əfsanəsi Raul ola bilər. 

Qeyd edək ki, Raul Qonzalez hazırda "Real Kastilya" klubunu çalışdırır.