"Real"ın baş məşqçisi Zinədin Zidan zədəli futbolçusu Eden Hazardın tərəfini saxlayıb.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hər nə olsa, "Real"ın həmişə 28 yaşlı hücumçusunun yanında olacağını bildirib. "Şaxtar"la oyundan öncə mətbuat konrfransı keçirən Zidan Hazard barədə bu sözləri deyib:

"Bəzən zədələnmələr baş verir, biz də dözməliyik. Hazard çox güclüdür, buna heç bir şübhəm yoxdur. Son vaxtlar çox çətin dönəmdən keçir. Getdikcə yaxşılaşması üçün ona yardım edəcəyik".

Qeyd edək ki, "Şaxtar Donetsk" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.