“Barselona” Samuel Umtitinin sərbəst qalma məbləğini artırmaq niyyətindədi.
Offsideplus.az xəbər verir ki, katalon klubu hazırda müdafiəçi ilə danışıqlar aparır.
İlk iki təklif fransız futbolçunun ürəyincə olmayıb. Umtiti klubun əsas oyunçularının aldığı qədər əmək haqqı tələb edir. Digər futbolçuların da məvacib artımı tələb edəcəyindən çəkinən “Barselona” rəhbərliyi bu varianta getmək istəmir.
Əvəzində, “Barsa” Umtitinin sərbəst qalma məbləğini 250 milyon avroya qədər qaldıraraq, mümkün transferdən daha çox gəlir götürməyi planlaşdırır.
2021-ci ildə müqaviləsi bitəcək Samuel Umtitinin sərbəst qalma məbləği hazırda 60 milyon avro təşkil edir.(apasport.az)