"Real"ın kapitanı Serxio Ramos marka seçimində dəyişiklik edib.
Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Nike" şirkəti ilə əməkdaşlığına son verib. 34 yaşlı futbolçu bundan sonra "Adidas"la yoluna davam edəcək.
Qeyd edək ki, Serxio Ramos 10 ildən artıqdır ki, "Nike"la birlikdə çalışır.