"Real Madrid" qış transfer dönəmində "Mançester Yunated"in yarımmüdafiəçisini transfer edəcək.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, İspaniya nəhəngi Bruno Fernandeşlə yaxından maraqlanır. Belə ki, İskonun komandanı tərk edəcəyi halda, "Real"ın Fernandeşi onun yerinə gətirməsi gözləniləndir. 

Xatırladaq ki, Bruno Fernandeş Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində baş tutan "Beşiktaş"la oyunda dubl edərək yadda qalmışdı. 26 yaşlı portuqaliyalı bu ilin yanvarında "Sportinq"dən "Mançester Yunayted"ə transfer olmuşdu.