Hazırda "Monza"da çıxış edən sabiq "barsa"lı Kevin Prins Boatenq Lionel Messi barədə bəzi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi "Barselona"ya ilk keçidindən danışıb. Boatenq Messi ilə çıxış etdiyi dönəmlərdə keçirdiyi hissləri dilə gətirib:
"Barselona"daı ilk altı ayım möhtəşəm idi. İlk vaxtlarda inana bilmirdim. "Espanyol"un məni istədiyini düşünürdüm, əsl "Barselona" ağlıma belə gəlmirdi! Messi ilə məşqlərdə dilim tutulmuşdu. Həmişə demişəm ki, Kriştiano Ronaldo ən yaxşı oyunçudur, lakin Messi tamam başqadır. O hamı kimi deyil.
Onunla məşq edən zaman karyeramda ilk dəfə özümü yetərsiz hiss elədim. O inanılmaz şeylər edirdi. Sadəcə bunları düşündüm: "İşim bitdi, futbol oynamağı buraxıram".
Qeyd edək ki, Boatenq 2019-cu ildə "Sassuola"dan "Barselona"ya icarə əsasında transfer olmuşdu.