İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqanın lideri aparıcı futbolçusu David Silvanı itirib.
Ötən mövsümün sonunda İngiltərə təmsilçisi “Mançester Siti”dən heyətə cəlb edilən ulduz futbolçu zədə səbəbindən komandasının qarşıdakı bir neçə matçını buraxacaq. Həkimlər 34 yaşlı yarımmüdafiəçinin arxa ayaq əzələsindən xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, La Liqanın ilk 10 oyununda 23 xal toplayan “Real Sosyedad” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.