Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqa da bu həftənin tarixinə bir daha boylandıq.
Offsideplus.az La Liqaya istinadən 18-22 noyabr tarixlərində İspaniya futbolunda nələrin baş verdiyini təqdim edir:
18 noyabr, 2012-ci il. Reyes derbi qələbəsi ilə "Sevilya"nı alovlandırır
2012-ci ilin 18 noyabrında azarkeşlər "Ramon Sançez Pisxuan" stadionunda yerlərini demək olar ki, tutmuşdular. Oyunun 13-cü saniyəsində Xose Antonio Reyes "Real Betis"in qapıçısının səhvindən istifadə edərək hesabı açmışdı. Reyes dublunu etmədən öncə Fazio hesab arasında fərqi yüksəltmişdi. Belə ki, 32-ci dəqiqədə Reyes, 43-cü dəqiqədə isə Fazio dubla imza atdı və "Sevilya" fasiləyə 4:0 hesablı üstünlük ilə yollanmışdı. Sonradan "Betis" bir qolun əvəzini çıxsa da, darmadağında son nöqtəni İvan Rakitiç qoymuşdu: 5:1. Futbola verdiyi böyük töhfələrin ardından Xose Antonio Reyes 2019-cu il, 1 iyunda avtomobil qəzasında həlak olmuşdu.
19 noyabr, 2005-ci il. Ronaldinyo Santiyaqo Bernabeunu ayaqları altına sərir
"El -Klasiko" günündə "Santyaqo Bernabeu" stadionu azarkeş əlindən aşıb daşırdı. Katalonların ilk qolunu oyun başlayandan 14 dəqiqə sonra Samuel EtoO vurmuşdu. Fasiləyə getmədən öncə "Real Madrid"in hesabı bərabərləşdirmək şansı olsa da, yararlana bilməmişdi. Əvəzində Ronaldinyo "Real"ın qolkiperi İker Kasilyası iki dəfə məğlub etmişdi - 3:0. Stadiondakı "Real" azarkeşləri hədsiz məyus idi, lakin braziliyalının möhtəşəm performansını alqışlamadan dura bilməmişdilər...
20 noyabr, 2010-cu il. Messi və Ronaldo daban-dabana
20 noyabr, 2010-cu ildə La Liqanın əsas devizi "Sənin etdiyindən daha yaxşısını edərəm, ya da, ən azı sənin qədər" idi. İspaniyanın bir ucunda "Barselona" "Almeyra"nı 8:0 hesabı ilə darmadağın etmiş, Lionel Messi ilə het-triklə yaddaşlarda qalmışdı. Nəzərlərimizi "Santyaqo Bernabeu" stadionuna çevirəndə isə "Kral klubu" "Altetik"i 5:1 hesabı ilə məğlub etmiş, Kriştiano Ronaldo da Messi kimi het-triklə oyunun tarixinə keçmişdi. Bir neçə həftədən sonra isə bu iki ulduz "El-Klasiko"da ilk dəfə qarşı-qarşıya gələcəkdilər.
21 noyabr, 2015-ci il. İnyesta "Barselona"nı "El-Klasiko"da qələbəyə daşıdı
"Barselona" "El-Klasiko"dakı böyükhesablı qalibiyyətləri ilə kifayət qədər məşhurdur. Lakin 2015-ci il 21 noyabrdakı 4:0 hesablı qələbə bunlardan ən favoriti sayıla bilər. Lionel Messi zədəsi səbəbindən komandasına kömək edə bilməsə də, Suarez, Neymar və İnyestanın qolları "Barsa"ya qələbə gətirmişdi. Andre İnyesta kapitan sarğısında ilk qoluna imza atmışdı. Bu zəfər sayəsində Katalon klubu Liqa cədvəlində vahid liderə çevrilmiş, "Real"ın 4 aylıq baş məşqçisi Rafa Benitezi isə çətinə salmışdı.
22 noyabr, 2014-cü il. Messi La Liqanın gəlmiş-getmiş ən çox qol vuran futbolçusu oldu
1955-ci ildən bəri La Liqanın ən çox qol vuran oyunçusu olan Telmo Zarranın ("Atletik") rekordunu keçməyə cəmi bir qol qalmışdı: Messi 250-ci qolunda "ilişmişdi". 22 noyabr, 2014-cü ildə "Sevilya"ya qarşı oyunda Messi nəinki 251-ci qolunu vurdu, həm də het-trik etdi. 6 ildən sonra Lionel Messinin la Liqada qol sayı 460-a çatıb. Ondan sonra La Liqaya kim gəlsə, ən çox qol vuran futbolçu rekordunu təzələməyə bir az gücənə bilər...