Luis Suaresin yayda "Barselona""Atletiko"ya dəyişməsinin səbəbi məlum olub.

Düzdü, futbolçunun klubla müqavilə müddəti 2020-nin yayına qədər hesablanmışdı. İş burasındadır ki, "Barsa" rəhbərliyi 33 yaşlı forvardın xidmətində maraqlı idi. Son anda yeni anlaşma əldə olunmayınca, Suares "Atletiko"ya keçmişdi.

Offsideplus.az TV3-ə istinadla xəbər verir ki, ayrılığa səbəb Luisin rəhbərlik qarşısında şərt qoyması olub. Belə ki, futbolçu yeni müqavilənin 1-2 yox, 4 illik şərt altında imzalanmasını istəyib. Yəni, Suaresin 37 yaşı bitənə qədər. "Barselona" isə şərti yaxına buraxmayaraq, "qulaq dişləyənə" qapını göstərib. 

Qeyd edək ki, uruqvaylının "Atletiko" ilə müqaviləsinin müddəti 2022-nin yayına qədərdir.