“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta şəraba görə Çinin “Tyançzin Çyuançzyan” klubuna keçir.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri yazıb.
Nəşrin məlumatına əsasən, ispaniyalı Çinə köçəndən sonra şərab biznesi ilə məşğul olmaq niyyətindədir. Yarımmüdafiəçi il ərzində Çin bazarına iki milyon şüşə şərab çıxarmaq istəyir.
Hazırda İniyestanın şərab şirkəti bir ilə 700 min müxtəlif növ spirtli içki satır. İspaniyada futbolçunun biznesi zərərlə işləyir. (Oxu.az)