Madridin "Real" klubu "Mançester Yunayted"in qapıçısı David De Xea ilə anlaşıb.

Offsideplus.az "Don Balon"a istinadən xəbər verir ki, "kral klubu" ispan qapıçı üçün 100 milyon avrosundan keçəcək. Uzun müddətdir adı "Real"la hallanan qolkiperin mövsüm sonunda Madridə gələcəyi gözlənilir. Bunu De Xeanın meneceri Yorqe Mendes də təsdiqləyib. O, bununla bağlı "Real"la "Mançester Yunayted" rəhbərliyi arasında görüşün keçirildiyini də bildirib.

Qeyd edək ki, 27 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur.