"Real"ın əsas heyət üzvlərindən sayılan Daniel Karvahal komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Müdafiəçi həm daxili çempionatdan, həm də Çempionlar Liqasından söz açıb.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, Karvahal "Valensiya"ya 1:4 hesablı məğlubiyyətin səbəbini deyib: "İndiki vəziyyətdə üç gündənbir oyunlara çıxırıq. Ona görə də hər matç çox vacibdir. Çempionlar Liqasına yaxşı başlamamağımız bizi bundan sonra görüşləri qalib başa vurmağa məcbur edir. Çempionata gəlincə, "Barselona" yaxşı gedir, biz əla çıxış edirik, "Atletiko" liderdir. Artıq rəqiblər səhvləri bağışlamır. Ona görə də hər oyundan qələbə ilə ayrılmaq mütləqdir. 

"Real"da bir neçə il oynadıqdan sonra bəzi həqiqətləri başa düşürsən. Anlayırsan ki, nəticəsi həlledici olan matçda "İnter"i udub, adi çempionat qarşılaşmasında "Valensiya"ya məğlub ola bilərsən. Pis oynamadıq, sadəcə, bizim gün deyildi.Bəzən uğurlu oluruq, bəzən uğursuz nəticələr sıralanır. Amma biz futbolçular meydana hər oyunu qalib başa vurmaq üçün çıxırıq".