Zinəddin Zidan günahkar olduğunu etiraf edib.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, "Real"ın çalışdırıcısı "Valensiya"ya ağır məğlubiyyətdən sonra şərh verib. O, 1:4 hesablı yenilgidə günahının nə olduğunu deyib: "Buraxılan qoldan sonra oyunun tempini dəyişməyi bacardıq. Lakin bu, qələbə qazanmağımıza kifayət etmədi. Oyunumuzdan baş açmaq həqiqətən də çətindir. Hakimləri müqayisə etməyəcəm, çünki buna haqqım çatmır. Taktiki baxımdan "Valensiya"nın bizdən üstün olduğunu deməzdim. İstənilən halda günahkar mənəm. Çünki çıxış yolunu tapmalı olan adam baş məşqçidir".