İspaniyanın "Real Madrid" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Kazemiro və hücumçu Eden Hazardın testi müsbət nəticələnib.

Ölkə çempionunun digər oyunçularında və məşqçilər korpusunun üzvlərində infeksiya aşkarlanmayıb. Koronavirusa yoluxmuş hər iki futbolçu karantinə alınıb.