"Real Madrid"in futbolçusu Lukas Vaskes sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, La Liqanın VIII turunda "Ueska" ilə matçda (4:1) zədələnən yarımmüdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Vaskesin Çempionlar Liqasının qrup mərhələsinin III turunda noyabrın 3-də "İnter"ə qarşı ev matçını buraxacağı bildirilir.