Futbol üzrə İspaniya 2-ci liqasında 8-ci turunda “Albasete” də növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.
Start heyətdə meydana çıxan E. İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.