İspaniyanın "Barselona" klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.
Pike ilə 30 iyun 2024-cü, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. Hər iki futbolçunun təzminat məbləği 500 milyon avrodur.
De Yonqla Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək qüvvədə olacaq. De Yonqu almaq istəyən klub 400 milyon avro, Lanqleni transfer etmək istəyən isə 300 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, klub rəhbərliyi Ter Ştegenlə uzun müddətdir yeni müqavilənin şərtlərində razılıq əldə edə bilmirdi.