"Mançester Yunayted"in məşhur futbolçusu Bruno Fernandes İspaniya nəhənglərinin hədəfindədir.

Offsideplus.az The Sun-a istinadən xəbər verir ki, bu ilin yanvarında İngiltərə təmsilçisinə transfer olan Fernandes tezliklə "Mançester Yunayted"i tərk edə bilər. Portuqaliyalı yarımmüdafiəçi hazırda çox oyuna çıxmasa da, "Mançester Yunayted"də keçirdiyi ilk 26 oyunda 14 qol vurub və 10 ötürmə edib.

Son xəbərlərə görə, "Barselona" "Real Madrid" 26 yaşlı oyunçu üçün "buynuzlarını toqquşdurmağa" hazırdır. Hazırda hər iki La Liqa klubu Fernandes ilə yaxından maraqlanır.

Qeyd edək ki, Bruno Fernandes yaxın zamanlarda komanda yoldaşlarını və baş məşqçi Qulnar Sulşeri tənqid etmişdi. Bu səbəbdən portuqaliyalının "qırmızı şeytanlar"dan ayrılacağı gözləniləndir.