"Mançester Yunayted"in fransalı ulduzu Pol Poqba "Barselona"ya transfer oluna bilər.

Offsideplus.az “Daily Mirror”a istinadən xəbər verir ki, Kataloniya klubu gələn il oyunçunu heyətinə qatmağı planlaşdırır.
La Liqa təmsilçisi Poqba üçün təzminat ödəmək istəmir. Klub rəhbərliyi bu səbəbdən də yarımmüdafiəçinin “Qırmızı şeytanlar”la müqaviləsinin bitməsini gözləyir.
Bundan əlavə, "Real Madrid" klubunun baş məşqçisi Zinədin Zidan da 27 yaşlı futbolçunu transfer etmək istəyir.
Qeyd edək ki, təcrübəli futbolçunun “qırmızı şeytanlar”la sözləşməsi 2021-ci ildə başa çatacaq.