Çempionlar Liqasının “Yuventus”la ev oyununda 0:3 hesabıyla geri düşsə də, son dəqiqədə penaltidən vurulan qolla ümumi hesabda qalib gələrək yarımfinala adlayan “Real”ın müdafiəçisi Marselo oyunla bağlı fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatına qısa açıqlama verən braziliyalı arxa xətt futbolçusu əzəli rəqibləri “Barselona”ya ilişməyi də unutmayıb:

“Açıq deyim, “Barselona”nın başına gələn şey heç vaxt bizimlə baş verməyəcək. Çünki biz “Real”ıq”.

Xatırladaq ki, “Real” “Yuventus”la ilk oyunda səfərdə 3:0 hesabıyla qalib gəlsə də, cavab matçında eyni hesabla geri düşərək, növbəti mərhələ şansını şübhə altına salmışdı. “Kral klubu” yalnız Kriştiano Ronaldonun oyunun 97-ci dəqiqəsində vurduğu penalti qolu ilə mərhələ adlaya bilib.

“Barselona” isə iki gün öncə digər italyan təmsilçisi “Roma” ilə matçda böyük üstünlüyünü qoruyub saxlaya bilməyib. Kataloniya təmsilçisi “canavarlar”a evdə 4:1 hesabıyla qalib gəlsə də, İtaliya paytaxtında 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.