"Barselona"nın kapitanı Lionel Messinin sabiq komanda yoldaşı Luis Suareslə bağlı paylaşımı diqqətləri çəkib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı argentinalı ulduz Suaresin komandadan göndərilməsinə olduqca məyus olduğunu və onunla yolların bu şəkildə ayrılmamalı olduğunu bildirib.
Messinin paylaşımının sonunda yazdığı "Tezliklə görüşərik, dostum!" sözləri isə mətbuatda gündəm olub. Belə ki, Leonun yenidən "Barselona"dan ayrılacağı barədə xəbərlər yayılmağa başlayıb.
"Öyrəşdiyim kimi bu gün paltardəyişmə otağına getdim və dəyərli bir şey itirdiyimi anladım. Həm meydanda, həm meydandan kənarda yola hər gün sənsiz davam etmək çox çətin olacaq. Çox şey üçün darıxacağıq. Birlikdə çox illər keçdi, neçə "mate"lər, neçə yeməklər, neçə naharlar oldu... Birlikdə hər gün yaşadığımız və unuda bilməyəcəyimiz çoxlu şeylər... Səni başqa formada görmək və sənə qarşı çıxış etmək çox pis olacaq. Klubdan bu cür göndərilməli deyildin. Həm komanda ilə, həm də fərdi olaraq vacib uğurlar qazanan klub tarixinin ən dəyərli oyunçularından birisən. Səni bu cür yollamalı deyildilər, amma həqiqət budur ki, daha heç nəyə təəccüblənmirəm. Sənə bu yeni macəranda hər şeyin ən yaxşısını arzu edirəm! Səni çox istəyirəm, çox istəyirəm. Tezliklə görüşərik, dostum!"