Offsideplus.az La Liqaya istinadən İspaniyanın ulduz futbolçularının restoran və qastronomik biznes maraqlarını təqdim edir.
Gəlin, La Liqanın indiki və ya sabiq ulduz futbolçularının İspaniyada yerləşən fərqli restoranlarına nəzər salaq.
Naked&Sated, Madrid (Markos Lyorente və İbai Qomez)
"Atletiko Madrid"dən Markos Lyorente və "Atletik"dən İbai Qomez formada qalmağı sevən oyunçulardandır. Hər ikisi də sağlam qidalanma mövzusunda diqqətlidirlər və Naked & Sated restoranını açaraq Madriddə bir layihə üçün güclərini birləşdiriblər.
Blue Spot, Barselona ( Cerard Pike)
"Barselona" nın mərkəz müdafiəçisi Cerard Pike partneri Şakira ilə birlikdə Blue Spot-un arxasından kiçik bir hissə satın aldı. Barselonanın sahilindəki məşhur W otelinin yanında yerləşən Blue Spot, Kataloniyanın paytaxtı və Aralıq dənizinin gözəl mənzərələrinə sahib gözəl bir restorandır. Gecələr restoranın gecə klubu da fəaliyyət göstərir: Blue Monkey.
La Grada, Málaqa (Velinqton Oliveyra)
Braziliyalı müdafiəçi Velinqton Oliveyra karyerasının son 10 ilini Malaqada keçirəndən sonra elə burdaca bir restoran satın aldı. Karyerasını 2017-ci ildə başa vuran Oliveyra restoranı 2015-ci ildə açdı.
Carpo Gourmet, Madrid ( Miqel Anqel Moya)
Miqel Angel Moya hazırda karyerasını "Real Sosyedad"da davam etdirsə də, əvvəllər İspaniyanın paytaxtı Madriddə çox vaxt keçirmişdi. Madriddə yaşadığı müddətdə həyat yoldaşı ilə Carpo Gourmet adlı bir restoran açdı.
Amadores Beach Club, Gran Kanarya (David Silva)
David Silva bir neçə ildir ki, doğma məkanı Qran Kanaryadakı Amadores Beach Club-a investisiya yatırır. Özü də yayları orada istirahət edir, restoranlardakı ləzzətli yeməklərdən zövq alır.
La Carioca, Barselona (Rafinya Alkantara)
Barselonanın sahilində Rafinya Alkantaraya məxsus La Carioca adlı bir Braziliya restoranı var. Yarımmüdafiəçi karyerasının çox hissəsini "Barselona"da keçirsə də, restoran 2018-ci ildə "İnter"də icarə əsasında oynadığı qısa müddət ərzində açılıb.
The Bowie Bar, Valladolid (Borxa Fernandez)
Borxa Fernandezin karyerası ərzində müxtəlif La Liqa klublarında oynasa da imzasını əsasən "Real Vallolid" klubunda tanıtdı. Oyunçu qonaqpərvər məkanlara investisiya qoyaraq şəhərlə xüsusi bir əlaqə qurdu. Ən son sərmayələrindən biri isə The Bowie Bar adlı bar-restoran idi.