"İnter" Arturo Vidalı heyətinə qatmağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, Vidal "Barselona" klubu ilə müqaviləsinə son vermək üçün görüşlər keçirir. "İnter" klubunun da müzakirələrdə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Çilili ulduz futbolçu İtaliya klubu ilə əlavə bir mövsüm də uzadılması şərti ilə 2022-ci ilə qədər davam edəcək bir müqavilə üzrə razılığa gələcək.