"Barselona"nın keçmiş oyunçusu Samuel Eto'o xoşagəlməz transfer söz-söhbətlərinin sona çatmasından məmnundur.

Offsideplus.az xəbər verir ki, Samuel Eto'o Messinin "Barselona"da qalmasından çox məmnun olduğunu deyib. Lakin keçmiş hücumçu onu da bildirib ki, "Barselona"nın Lionel Messidən daha çox şeyə ehtiyacı var.

"Messi mənə oğul kimidir. "Barselona"da qalmasından çox məmnunam. Lakin komandanın daha çox "Barselona" tərzli oyunçulara ehtiyacı var", -deyə Eto'o qeyd edib.