"Barselona" klubu braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyo barədə yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, bu günlərdə "Bavariya"dan icarədən qayıdan "sambaçı" başqa kluba göndərilməyəcək.
Kataloniya təmsilçisi 28 yaşlı futbolçunu icarəyə verməyəcək. Niderlandlı yeni baş məşqçi Ronald Kuman "sambaçı"nı oynatmağı düşünür.