"Barselona"nın kapitanı Lionel Messinin atası, həm də meneceri olan Xorxe Messi verdiyi cavabla diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, o, İspaniyanın "Kuatro" televiziyasının müxbirinin "Messinin bu il də "Barselona"da qalıb, gələn mövsümdən sərbəst qalma məbləği ilə klubu tərk edəcəyini düşünürsünüz?" sualına "bəli" cavabını verib.

X.Messi həmçinin Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu ilə görüşündən sonra "hər şey çox yaxşıdır" sözlərini də işlədib.

Bu açıqlamalardan sonra Messinin daha bir il "Barselona"da qalma ehtimalı artıb.

Qeyd edək ki, 33 yaşlı argentinalı hücumçunun adı "Mançester Siti" və "İnter" klublarına transferdə hallanır.