“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Viynaldumun karyerasını İspaniyada davam etdirəcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi oyunçu ilə razılığa gəlib.

“Barselona” Viynaldum üçün Premyer Liqa təmsilçisinə 20 milyon avro ödəməyə hazırdır. Komandalar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Viynaldum ötən mövsüm “Liverpul"un heyətində 47 oyunda 6 qol vurub.