"Barselona"nın oyunçuları klubu tərk etməyə davam edirlər. Klubda Messi böhranından sonra indi də Suarez böhranı yaşanır.

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu "Yuventus" ilə razılığa gəlib. 

"Barselona"nın baş məşqçisi Ronald Kuman Suarezi heyətində görmək istəmədiyini bildirəndən sonra oyunçu özünə yeni klub axtarmağa başlamışdı. Suarezin "Yuventus" ilə razılaşmağına baxmayaraq klublar arasında görüşlər davam edir.