"Barselona"dan ayrılacağını açıqlayan Lionel Messinin "Mançester Siti"yə transferi reallaşmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun atası "şəhərlilər"lə danışıqlar aparmaq üçün Mançester şəhərinə yollanıb.
Pep Qvardiolanın sabiq oyunçusunun transferi üçün can atdığı bildirilərkən, Xorxe Messinin oğlu üçün klubdan 2 illik müqavilə tələb etdiyi ortaya çıxıb.
Messinin klubdan ayrılmasına imkan yaradan "sərbəsqalma maddəsi"nin 30 iyunda sona çatmış olması "Barselona"nın əlində əsas faktdır. Messi tərəfi isə fors-major hal yaşandığı və mövsümün uzanmasını əsas göstərir. FIFA və CAS da futbolçunun tərəfindədir.