"Real Madrid" oyunçusu Mariano Diazı icarəyə verməyə hazırdır.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçunun "Real Madrid"də qalmaq istəyinə baxmayaraq, klub Marianonu Portuqaliyanın "Benfika" klubuna icarəyə vermək istəyir.

Qeyd edək ki, Mariano ötən mövsüm La Liqada beş matçda çıxış edib və bir qol vurub.