İspaniyanın "Betis" klubu Xoakin Sançezlə müqaviləni yeniləyib

Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2020-ci ilin yayına qədər uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, təcrübəli futbolçu "Betis"in yetirməsidir. "Valensiya", "Malaqa" və "Fiorentina" kimi klublarda da çıxış edən vinger 2015-ci ildə yenidən doğma komandasına qayıdıb. O, İspaniya millisinin heyətində 51 oyunda 4 qol vurmağı bacarıb