"Barselona"nın məşq düşərgəsində oyunçulardan götürülən koronavirus testi bir nəfərdə müsbət nəticə verib.

Offsideplus.az xəbər verir ki, həmin şəxsin kimliyi isə gizlin saxlanılırdı.

Klubun futbolçusu Yan-Kleyr Todibo "İnstagram" hesabında testinin nəticəsinin müsbət çıxdığını paylaşıb. Həmçinin futbolçu özündə heç bir yoluxma əlamətini hiss etmədiyini və özünü yaxşı hiss etdiyini bildirib: "Bütün tibbi göstərişlərə əməl edirəm və tez bir zamanda klubumla məşqlərə davam etmək üçün səbirsizlənirəm".

Xatırladaq ki Yan-Kleyr Todibo keçən mövsüm Ozan Kabakın da olduğu "Şalke" komandasında tər tökmüşdü