Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Hernandes "Barselona"da daxili vəziyyətin yaxşı olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis keçmiş klubuna baş məşqçi kimi qayıtmaq üçün erkən olduğunu bildirib:
"Hələ ki, daxildə çox səs-küy və bəzi problemlər var. Yanvarda mən kluba dedim ki, hələ ki, vaxtı deyil, amma ondan sonra mənimlə əlaqə yaradan olmayıb. Bir "Barça" azarkeşi kimi kluba uğurlar arzulayıram. Kike Setyenə hörmət edirəm. O, "Barça"ya yaxın olan oyun tərzinə, Kroyffizmə sahibdir və nəticələr də buna sübutdur. İndi mən təcrübə toplayıram, özümü yeni çağırışlara atıram. Əlbəttə, bir gün Jordi Kroyff, Karlos Puyol və bir neçə indiki oyunçularla klubun məşqçisi olmaq böyük fəxr olacaq. Mən güvənə biləcəyim, öz işini bilənlər və mənə aid olan insanlarla işləmək istəyirəm".
Qeyd edək ki, "Barselona" rəhbərliyinin klub Çempionlar Liqasının qalibi olmasa, Kike Setyenlə yolları ayıracaq.