La Liqada son mövsümün ən yaxşıları ilə bağlı sorğu keçirilib.

Offsideplus.az xəbər verir ki, İspaniyanın "Marca" nəşrinin oxucuları "Real"ın hücumçusu Kərim Benzema 37 faiz səslə La Liqanın ən yaxşı oyunçusu seçib.

"Barselona"nın kapitanı Lionel Messi 31 faiz səslə 2-ci, "Real"ın kapitanı Serxio Ramos 14 faiz səslə 3-cü olub.

Qeyd edək ki, "Real" mövsümü çempion kimi tamamlayıb, "Barselona" isə ikinci olub.