Bir dönəm İspaniya futboluna damğa vuran, 1999-2000 mövsümündə ölkə çempionu olan “Deportivo” üçüncü liqada iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 2017/2018 mövsümündə La Liqadan ikinci Liqaya düşən "Deportivo", 2019/2020 mövsümündə Sequndanı tərk edib.

Komanda Sequndada qalmaq üçün "Fuenlabrada"nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun üçüncü liqaya düşməsi dəqiqləşib.  La Koruna təmsilçisi sonuncu dəfə 40 il öncə Sequndadan aşağı liqada mübarizə aparıb.

Qeyd edək ki, “Deportivo” ilə yanaşı, “Rasinq”, “Numansia”“Estremadura” klubları da üçüncü liqaya yuvarlanıb. “Hueska”“Kadiz” komandaları isə La Liqaya yüksəliblər.