“Real”ın yay transfer dönəmində yollarını ayıracağı futbolçulardan ikisi müəyyənləşib.
Offsideplus.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik Qaret Beyl və Xames Rodrigesin satılmasına qərar verib.
Qeyd edək ki, İngiltərə mətbuatı “Nyukasl”ın hər iki futbolçu ilə maraqlandığını iddia edir. "Kral klubu" futbolçuları daha ucuz qiymətə satmağa hazırdır.