İspaniya "Barselona"sına klubunu çalışdırmağa daha bir namizədin olduğu üzə çıxıb.
Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan Kataloniya klubunu çalışdıra bilər.
"Barselona" hazırkı baş məşqçi Kike Setyenlə bağlı qərarı yaxın günlərdə verəcək. Onu baş məşqçi postunda əvəzləməyə əsas namizəd Xavidir. Ancaq "Barsa"nın sabiq futbolçusu klubda tam söz sahibi olacağı halda çalışmaq istəyir. Onun "Barselona"da prezident seçkisindən sonra kluba gəlmək niyyəti var.
Qeyd edək ki, Loran Blan son olaraq 2013 - 2016-cı illərdə PSJ-də işləyib.Paris təmsilçisi ilə 3 dəfə ölkə çempionatının qalibi olan Blan 2010 - 2012-ci illərdə Fransa yığmasının baş məşqçisi olub.