İspaniya La Liqaya yüksələn ikinci klubun adı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Sequndanın 41-ci turunun “Numansiya” ilə oyununda qələbə qazanan “Hueska” sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.

41 oyunda 67 xal toplayan “Hueska” çempionatda 2-ci sıradadır. 

Daha əvvəl lider “Kadis” La Liqaya vəsiqəni təmin etmişdi.